MƏRAKEŞİN QƏLƏBƏSİNDƏN SONRA KÜÇƏLƏRDƏ QALMAQAL – FOTO/VİDEO

MƏRAKEŞİN QƏLƏBƏSİNDƏN SONRA KÜÇƏLƏRDƏ QALMAQAL – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətərdə keçirilən futbol üzrə dünya çempionatı F qrupunun ikinci oyununda Mərakeş Belçikanı 2:0 hesabı ilə məğlub etdikdən sonra Belçikanın paytaxtı Brüsseldə mərakeşlilərin qələbəni çılğın şəkildə qeyd etməsi qalmaqala səbəb olub.

Tribunainfo.az Belçikanın vrt.be saytına istinadən xəbər verir ki, Matç başa çatdıqdan sonra Brüsseldə yaşayan mərakeşlilər avtomobillərində siqnal çalaraq şəhəri gəziblər. Brüsselin mərkəzindəki Midi Qatar Vağzalının ətrafında üzlərini bağlayan bəzi insanlar toplaşaraq küçələrdə atəşfəşanlıq ediblər.

Bəzi yerlərdə skuter icarəsi şirkətlərinə məxsus bəzi skuterlər və zibil qutuları yandırılıb, bəzi avtobus və tramvay dayanacaqları da dağıdılıb.

Brüssel polisi hadisələrin qarşısını almaq üçün mərkəzi küçələrə çoxlu sayda qrup göndərib. Brüsselin meri Filip Kloz şəhərdəki zorakılığı pisləyib.

Nihat Kərimli
Tribunainfo.az