Ötən gün Mərakeşdə 6,9 bal gücündə zəlzələ qeydə alınıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.
Təbii fəlakət nəticəsində 296 nəfərin öldüyü , 153 nəfərin xəsarət aldığı bildirilir.


