Meqastar Tarkan ağır itki yaşadı

Meqastar Tarkan ağır itki yaşadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə estradasının meqastarı Tarkan anası Neşe Tevetoğlunu itirməsi ilə sarsılıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Son Dakika” məlumat yayıb.

Ürək tutması nəticəsində həyatını itirən Neşe Tevetoğlu bu gün Maltəpə Cümhuriyyət məscidində təşkil edilən dəfn mərasimi ilə son səfərə yola salınır.

Pis xəbərlə Avropa turnesini yarımçıq kəsən Tarkan Almaniyadan İstanbula qayıdıb. Dəfn mərasimində geniş təhlükəsizlik tədbirləri görülüb.

Dəniz Pənahova