“Meqa Sığorta” şirkəti ilə bağlı növbəti dəfə məhkəməyə müraciət olunub.
Tribunainfo.az xəbər verir ki, sözügedən sığorta şirkəti ilə bağlı iddianı “Bakı Şəhər İşığı” elektrik şəbəkə müəssisəsi qaldırıb. İşin mahiyyəti mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisədir. İddiaçı tərəf ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir.
Binəqədi Rayon Məhkəməsində baxılan işlə bağlı proses 8 avqust tarixində baş tutacaq. İşə hakim Pərviz Məmmədov sədrlik edir.
Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar