“Meqa Sığorta” şirkəti ilə bağlı məhkəməyə müraciət olunub.
Tribunainfo.az xəbər verir ki, sığorta şirkəti barədə iddianı Nəsibov Mahmudalı Yolçu oğlu qaldırıb. İşin mahiyyəti mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisədir. İddiaçı ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir.
İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İşə hakim Nərgiz Tağıyevanın sədrliyi ilə baxılacaq.
Nigar