Mənzil bazarında durğunluq… Bu cür evlər artıq alınmır – Ekspert

Mənzil bazarında durğunluq… Bu cür evlər artıq alınmır – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ilin oktyabrından başlayaraq əmlak bazarında ciddi bir durğunluq müşahidə olunur. 2023-cü ilə qədər əmlak qiymətləri ən pik həddə qədər qalxdı. İndi qiymətlərdə azalma yoxdur. Ancaq artış da müşahidə etmirik.

Bu sözləri Tribunainfo.az-a əmlak eksperti Elnur Fərzəliyev bildirib. O qeyd edib ki, Bazardakı durğunluq indiyə kimi davam edir:

“Hazırda əmlak bazarında ciddi alıcı qıtlığı müşahidə olunur. Yeni tikili və həyət evlərinə marq azalıb.
İndi köhnə binalarda artım daha böyükdür. Səbəbi pilot layihə üzrə onların yeni binalarla əvəzlənməsidir.

Düşünürəm ki, yaxında ipoteka kreditləri ayrıldığı zaman bu sahədə müştəri çoxluğu müşahidə ediləcək”.