Mənzil ALMAQ istəyənlərə VACİB xəbər: Evlər UCUZLAŞACAQbackend

Mənzil ALMAQ istəyənlərə VACİB xəbər: Evlər UCUZLAŞACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş plana əsasən ilkin olaraq Bakıda 65 köhnə çoxmənzilli yaşayış binasının söküləcəyi ilə bağlı məlumatlar yayılıb. Bu binalar Fövqaladə Hallar Nazirliyi tərəfindən qəzalı kimi qeydə alınan binalardır. Söküntü işlərinin başlaması əmlak bazarına müsbət təsir edəcək. Çünki şəhərdə artıq əvvəlki qədər tikinti işləri getmir. Tikinti işləri az getdiyinə görə də rəqabət yarana bilmir və bu da qiymət artımına gətirib çıxarır. Yəni söküntü və tikinti işləri kütləvi hal alarsa bu artıq qiymətlərin enməsinə, rəqabətin yaranmasına, alıcı kütləsinin çoxalmasına gətirib çıxara bilər.

Bu sözləri Tribunainfo.az-a əmlak eksperti Elnur Fərzəliyev deyib. O bildirib ki, tikinti işləri atrdığı zaman bəzi xoşəgəlməz hadisələr də olur ki, bəzən evlər iki və daha artıq adama satılır. Alıcılar bu kimi hallara qarşı hazırlıqlı olmalıdır:

“Bəzi fırıldaqçı şirkətlər vətəndaşları aldadıb bir evi iki-üç adama satır. İndi etibarlı şirkətlər çox olsa da, belə dələduzlara da rast gəlmək mümkündür. Xüsusilə tikinti və söküntünün çoxaldığı zaman belə dələduzlar artır. Bu baxımdan alıcı əmlak alarkən mütləq şəkildə hər hansısa hüquqşünasa və yaxud bu sahənin bilicisinə müraciət etməlidir. Vətəndaşlar əgər yüz min manatlarla pul verib əmlak alırlarsa kiçik bir ödəmə ilə mülkü işləri yaxşı bilən hansısa bir vəkilə müraciət etməlidilər ki, lazımi sualları tikinti şirkətləri vəyaxud natariusda bütün qaranlıq məqamlar ortaya çıxarsın.
Bu gün vətəndaşlar bu kimi xidmətlərdən yaararlanmadıqları üçün bəzən problem yaşayırlar. Qarşıda bizi böyük söküntü və ardınca tikinti işləri gözləyir. Belə məqamlarda vətəndaşların aldadılması halları artır. Bu baxımdan ehtiyatlı olmaq məsləhətdir”.

Nigar