Mənuçehr Əhədpur barəsində daha bir məhkəmə iddiası qaldırıldıbackend

Mənuçehr Əhədpur barəsində daha bir məhkəmə iddiası qaldırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mingəçevir Balıq” ASC (VÖEN – 2700228501) “Az Varvara” MMC (VÖEN-1304553851) və bu şirkətin keçmiş rəhbəri Mənuçehr Əhədpur Xangah Əli barəsində məhkəmə iddiası qaldırıb.
Yeniavaz.comxəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazovanın icraatına verilib.
Qeyd edilir ki, məhkəmə iddiası mülkiyyət hüququ ilə əlaqədar mübahisələrlə bağlıdır.
Məlumat üçün bildirək ki, barəsində iddia qaldırılan “Az Varvara” MMC (VÖEN-1304553851) 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan şirkətin hüquqi ünvanı “Mingəçevir şəhəri, K.Hüseynov, ev 26A”da yerləşir. Mənuçehr Əhədpur Xangahdan sonra MMC-nin qanuni təmsilçisi Məmmədova Hicran Vidadi qızı olub.
Qeyd edək ki, Mənuçehr Əhədpur Xangah Yasamal rayon, Haqverdiyev ev 21 ünvanında yerləşən onlarla şirkətə rəhbərlik edib. Mənuçehr Əhədpur Xangahın adı uzun müddət mətbuatda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə aid olan “Gilan” holdinqlə birgə çəkilib. “AZ FP CO LTD” MMC (“Milla” markası) yeni açılan zaman da şirkətə Mənuçehr Əhədpur Xangah rəhbərlik edib. İndiyə kimi Mənuçehr Əhədpur haqqında çoxsaylı məhkəmə iddiaları qaldırılıb.
Onu da bildirək ki, Mənuçehr Əhədpur Xangah eyni zamanda peşəkar “poker” oyunçusu kimi də tanınır. Bu günə kimi çoxsaylı poker oyunlarında qalib olub.