İsrail Qəzzada hər gün iki uşağı öldürür.
Tribunainfo.az xəbər verir ki, bu sözləri Fələstinin BMT-dəki nümayəndəsi Riyad Mənsur Təhlükəsizlik Şurasındakı çıxışında deyib.
O, Qəzzada atəşkəsin qüvvəyə mindiyi gündən etibarən hər gün min nəfərin öldüyünü və ya yaralandığını vurğulayıb.
Mənsur İsrailin köçkünlük, işğal və zorakılıq siyasətinin dərhal dayandırılması, həmçinin fələstinli məhbuslara qarşı işgəncələrə beynəlxalq səviyyədə reaksiya verilməsinin vacibliyini qeyd edib.
O, Teiman həbsxanasında yayılan zorakılıq görüntülərinin insan hüquqlarının kobud şəkildə pozulmasının ciddi göstəricisi olduğunu deyib.










