Yaroslav Semyonov Sumqayıt haqda Rekordlar Kitabına düşə bilən qədər -40-a yaxınmahnı bəstələyib
Yaroslav Semyonov Sumqayıt haqda Rekordlar Kitabına düşə bilən qədər -40-a yaxın mahnı bəstələyib
Həvəskar bəstəkar -müğənni Yaroslav Semyonov. TİA.AZ xəbər verir ki, onu xüsusi təqdim etməyə ehtiyac yoxdur, çünki internetdə Sumqayıtla,Azərbaycanla bağlı onun adına çox rast gəlmək olur. Rusiyanın Kareliya Respublikasının Kostomukşa şəhərinin 63 yaşlı sakini Yaroslav Semyonov Azərbaycanda,Sumqayıtda doğulub və 22 yaşınacan Gənclik şəhərində yaşayıb. Azərbaycanı, adət-ənənələrimizi və musiqimizi çox sevən Y.Semyonov Sumqayıta rekord sayda -40-a yaxın mahnı bəstələyib. Rusiyada yaşasa da özünü “34-cü kvartal uşağı” sayır .O, Polad Bülbüloğlunun sənətinin və ifasının vurğunu olduğunu da bildirir. “Xüsusilə də “Gəl, ey səhər” mahnısını çox sevirəm. Azərbaycanı, vətənimi çox sevirəm. Soruşan olanda deyirəm ki, milliyyətcə azərbaycanlıyam”, – Yaroslav deyib. Anası rus,atası isə azərbaycanlıdır. Təqaüdçü olsa da aktiv həyat tərzi keçirir, bir neçə xarici ölkələrə səyahət edib. Yaroslav Semyonov çox sevdiyi Sumqayıt haqda növbəti mahnısını bəstəliyib və həmin mahnıya klip hazırlayaraq YouTube-da yerləşdirib.
Həmin klipi oxuculara təqdim edirik.