Bir neçə gün əvvəl işdən çıxarılandan sonra intihar edən Rusiyanın nəqliyyat naziri Roman Starovoytun ölümündən əvvəl son yazışması ortaya çıxıb.
Tribunainfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mərhum rusiyalı nazir Nəqliyyat Nazirliyinin ümumi çat qrupunda həmkarlarına bir növ vida məktubu göndərib.
“O, ölkə üçün faydalı işlə məşğul olduğunu yazıb və söhbəti “Mənim şərəfim var” ifadəsi ilə bitirib”, – vida mərasimində iştirak edən əməkdaşlardan biri deyib.
Qeyd edək ki, R.Starovoy iyulun 7-də Rusiya dövlət başçısının fərmanı ilə vəzifəsindən azad olunub. İşdən çıxarılmanın səbəbləri açıqlanmayıb, lakin belə bir versiya var ki, hüquq-mühafizə orqanları məmura qarşı ciddi ittihamlar irəli sürəcəkmiş. Elə həmin gün Starovoytun Moskva vilayətinin Odintsovo rayonunda meyiti tapılıb. İstintaqın əsas versiyası intihardır.
Xatırladaq ki, ötən gün keçmiş nazirlə vida mərasimi keçirilib və Vladimir Putin mərasimə əklil göndərib.