“Məni qaçırdılar” deyən qızın oyunu üzə çıxdı

“Məni qaçırdılar” deyən qızın oyunu üzə çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Aydın şəhərina aid Didim rayonunda anasına zəng edərək “Məni qaçırıblar, məni anbarda saxlayırlar” deyərək kömək istəyən 17 yaşlı qızın qaçırılmadığı məlum olub. Tribunainfo.az xəbər verir ki, Aydın valisi Yakup Canbolat, “İddiaların sadəcə qızın hazırladığı ssenari olduğu ortaya çıxdı” deyib. Polislər tərəfindən küçədə bir anbar tapıldı, qızın qaçırılmadığı ortaya çıxdı. Aydın valisi Yakup Canbolat adam oğurluğu hadisəsi ilə bağlı sosial media hesabından verdiyi açıqlamada hadisənin sadəcə bir ssenari olduğunu bildirib.