Mənəvi zərər görə “Azercell”i məhkəməyə verdilərbackend

Mənəvi zərər görə “Azercell”i məhkəməyə verdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətəndaşa vurduğu mənəvi zərər görə “Azercell Telekom” MMC məhkəməyə verilib.

Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, Həsənov İsmət Süleyman qızı məhkəmədə “Azercell”ə bağlı iddia qaldırıb. İşin mahiyyəti mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə yaranmış mübahisələrdir. Vətəndaş ona dəymiş mənəvi zərərin ödənilməsini tələb edir.
İşə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində hakim Toğrul Axundovun sədrliyi ilə baxılacaq. Tərəflər arasında ilk iclas 12 fevral tarixində baş tutacaq.