“Mənə qibtə edənlərə deyirəm ki, sağ əlim başlarına”backend

“Mənə qibtə edənlərə deyirəm ki, sağ əlim başlarına”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“DİM-ə yönələn kənar müdaxilələr var. Ətrafımızda xırda və orta biznes nümayəndələri var. Onlar fərdi xidmət göstərirlər və bunun qarşılığında pul alırlar. İstəyirlər ki, onların tələbələri hansı yolla olursa-olsun, yüksək nəticə göstərsinlər”.

Tribunainfo.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

O qeyd edib ki, həmin şəxslər özlərini bunker müəllimlər kimi təqdim edirlər: “Deyirlər, biz bunker müəllimik, bizdə imtahana düşən suallar var. Sonra problem olanda onu bizim üzərimizə atmaq istəyirlər. Müdaxilələrin mənim şəxsimlə bağlı olmamasına gəlincə isə, mən tərəfdən hər hansı problem yoxdur. Mənə qibtə edənlərə deyə bilərəm ki, sağ əlim onların başlarına”.