“Mənə bu qədər rəhmət oxunacağını gözləmirdim” – Cavanşir Quliyevbackend

“Mənə bu qədər rəhmət oxunacağını gözləmirdim” – Cavanşir Quliyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayının qonağı bəstəkar, əməkdar incəsənət xadimi Cavanşir Quliyev olub.

Bəstəkar bir müddət öncə Türkiyədə müalicə alarkən haqqında yayılan ölüm xəbərlərinə münasibət bildirib:

“Xəbər yayılanda reanimasiyada idim. Mənə zənglər gəlirdi. Dedilər ki, səni öldürdülər. Dedim ki, “bir az şişirtmisiniz, o qədər ölməmişəm”. Bu hadisəni zarafata çevirməyə çalışdım”.

C.Quliyev onu ən çox duyğulandıran əsərindən – “Əsgər marşı”ndan bəhs edib:

“Hər dəfə bu marşı dinləyəndə silahı götürüb müharibəyə qaçmaq istəyirəm. Bəzi hallarda duyğulanmamaq üçün dinləmirəm. 90-cı illərin əvvəlində nənələrinin qucağında Qarabağdan gələn uşaqlar 30 il sonra tankın üstündə, bu marşın sədaları altında torpaqlarımızı geri aldılar. Mənəvi olsa da, köməklik etmiş olmağım məni çox sevindirir”.

Ətraflı süjetdə: