Xəbər verdiyimiz kimi 61 saylı Qusar seçki dairəsi üzrə VII çağırış Milli Məclisə deputatlığa namizəd ehtiyatda olan polkovnik Rəşad Aslanov sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar kütləvi təbliğat-təşviqat kampaniyasına davam etdirir.
Tribunainfo.az -a deputatlığa namizəd Rəşad Aslanovun gərargahından verilən məlumata görə,Qusardan iddialı namizəd Rəşad Aslanov şəhid ailələri və qazilərlə görüş keçirib. Ümummilli Lider Heydər Əliyevin abidəsini və şəhidlər xiyabanın ziyarət edərək öz ehtiramlarını bildirblər.
Rəşad Aslanov şəhid və qazi ailələri ilə görüşü səmimi ortamda keçmişdir. Qalib ölkəmizin ehtiyatda olan polkovniki olaraq o bildirib ki, məndə sizin oğlunuzam, qazilərimizin qardaşıyam, mən Sİzlərdən biriyəm. O çıxışında qeyd edib ki, mənə doğma olan sizlərin dəstəyi ilə bu seçkidə iştirak edirəm. Ölkə başçısı İlham Əliyevin şəhid və qazi ailələrinə göstərdiyi diqqət və qayğıya görə öz təşəkkürümü bildirirəm. Mehriban xanım Əliyevanın qayğısı ilə əhatə olunan şəhid ailələri, övladları və qazilərimiz daim diqqət mərkəzində olduqlarını bildiriblər.
Rəşad Aslanov bildirib ki, vətən müharibəsində xalqımızın imza atdığı Qələbənin əks-sədası bütün dünyaya yayıldı. Xalqımız bir anda ordu ilə birləşərək ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında düşməni lərzəyə salan, bizi bütöv bir xalq kimi dünya arenasında tanıdan, dünya hərb sənətində analoqu olmayan döyüş strategiyası seçərək əzəli düşmənimizə qalib gəldik. Xalqımızın, ordumuzun apardığımız haqq, ədalət mücadiləsində nələrə qadir olduğumuz dünya ictimaiyyətinə bəyan oldu. Biz bir daha sübut etdik ki, qürurlu, vətənpərvər və rəhmli bir xalqıq. Bizim qardaşlarımız, döyüş yoldaşlarım adalətli, haqq mübarizəsində şəhid oldular. Vətənə olan məhəbbət və sədaqətlərini bir daha sübut edərək, şəhid oldular. Torpaq yolunda, Vətən uğrunda… Mən döyüş zamanı heyrətə gəlirdim gənc yaşlarında Sizin böyüdub boya başa çatdırdığınız qardaşlarım vətənə olan sevgilərini sözlə ifadə etmək mümküd deyil. Onlar bizim qəlbimizdə əbədi yaşayacaqlar, xatirələrinin əziz tutulur.
Çıxış edən şəhid ailəri,qazilər Rəşad Aslanovun süçayətlərindən xəbərdar olduqlarını, vətən müharibəsində göstərdiyi qəhramalıqları barədə danışıblar. Qeyd ediblər ki,biz Sizi dəstəkləyirik seçkilərdə iştirak edib Sizə səs verəcəyik.
Sonda Rəşad Aslanov Dövlətə-sədaqətlə,Xalqımıza-şərəflə xidmət edək deyərək görüş iştirakçılarını 1 sentyabr 2024-cü ildə ölkəmizin gələcəyi üçün növbədənkənar parlament seçkilərində Sizlərdən birinə səs verməyə çağırırışını edib.