“Mən öləndə ağlama” yenidən Gənc Tamaşaçılar Teatrının səhnəsində

“Mən öləndə ağlama” yenidən Gənc Tamaşaçılar Teatrının səhnəsində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 12-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında maraqlı tamaşalardan sayılan “Mən öləndə ağlama” tamaşası sənət ocağının kiçik səhnəsində nümayiş olunacaq.

Tribunainfo.az xəbər verir ki, yazıçı Pərvin Nurəliyevanın pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşanın quruluşçu rejissoru Ayla Osmanovadır.

Monotamaşada gənc və istedadlı aktrisa Səbinə Məmmədzadə maraqlı obraz yaradıb.

Səhnə əsərinin premyerası 2019-cu il martın 29-da keçirilib.