TİA.AZ xəbər verir ki, Hacıqabul rayon Heydər Əliyev Mərkəzində bu gün Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Mən həyatı sevirəm” adlı marifləndirici tədbir keçirildi.

Tədbirin keçirilməsinin əsas məqsədi cəmiyyət üzvləri arasında sağlam həyat tərzinin və nigahdan əvvəl tibbi müayinənin təbliği, əhalinin, xüsusilə
gənclərin reproduktiv sağlamlıq, ailə planlaşdırılması, erkən nigah və ziyalı vərdişlərinin(narkomaniya, alkoqolizm, siqaret, QİCS) yaratdığı fəsadlar
barəsində maarifləndirilməsidir.
Tədbiri rayon icra Hakimiyyətinin müavini Zeynəb Əsgərova açdı, sonra Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədrinin müavini Aynur Sofiyeva çıxış etdi.Kiçik video çarxa tamaşa edildikdən sonra tədbirdə din xadimi Həsrət Şıxalıyev, İdman və
Gənclər idarəsinin rəisi saleh Ələsgərov, 10 saylı tam orta məktəbin şagirdi Mehdiyeva Gilas, evdar xanımlar, və s. çıxış etdilər.