Rusiya qoşunları paytaxt yaxınlığında olarkən Ukrayna Kiyev uğrunda döyüşə bilmədi.
Tribunainfo.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko ukraynalı jurnalist Diana Pançenkoya müsahibəsində deyib.
O, Rusiya prezidenti Vladimir Putinin Kiyevi işğal etməkdən imtinasının səbəbini də xatırladıb, rusiyalı həmkarı ilə söhbətinin bəzi təfərrüatlarını açıqlayıb.
“Putinlə bu barədə danışdıq. Deyirəm, müharibə bitməlidirsə, təbii ki, paytaxt tutulmalıdır. O, mənə deyir ki, insanlar öləcək”, – Lukaşenko ətraflı danışıb.