backend

“MƏMURUN JURNALİSTƏ KOBUD DAVRANMASI QINANMALIDIR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan məmurunun bu cür  kobud davranması, jurnalistə qarşı dözümsüzlük nümayiş etdirməsi qınanılmalıdır. Məmur informasiya verməyə borclu idi”. 

Azərbaycan məmurunun bu cür  kobud davranması, jurnalistə qarşı dözümsüzlük nümayiş etdirməsi qınanılmalıdır. Məmur informasiya verməyə borclu idi”.

Bunu TİA.AZ-a Yasamal İH başçısı İbrahim Mehdiyevin dünən “Sovetski” adlanan ərazidə xanım jurnalistin suallarını cavablandırmadan onu itələməsinə münasibət bildirərkən media ekspert Azər Həsrət deyib.

O bildirib ki, istənilən halda belə səhnələr Azərbaycan mediası və ictimai rəyi üçün xoş deyil: “Çünki belə hallar beynəlxalq təşkilatlar, beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Azərbaycana qarşı istifadə olunmaq üçün yaxşı materialdır”.

“Burda iki məqama xüsusi diqqət yetirmək lazımdır. Birincisi, Azərbaycan məmurunun bu cür  kobud davranması, jurnalistə qarşı dözümsüzlük nümayiş etdirməsi qınanılmalıdır. Məmur informasiya verməyə borclu idi. Yaxud da verilməsi mümkün olmayan informasiya idisə, bunu da mədəni bir şəkildə izah etməli idi. Bunu da etmədiyinə görə müvafiq tədbirlərin görülməsi zəruridir.

İkinci bir tərəfdən, orda jurnalistin davranışını da tam olaraq etik hesab etmirəm. Gördüyüm videoda konkret olaraq, məmur kobud şəkildə jurnalisti dəfələrə  rədd edir. Bu cür davranış məqbul deyil. Jurnalist də davamlı olaraq, həmin adamın üzərinə gedir ki, siz mənə informasiya verməyə borclusuz. Düşünürəm ki, ilkin reaksiyadan sonra jurnalist ondan əl çəkməli idi. Yəni bu adamın informasiya verməməsi qanun pozuntusu olsa belə, jurnalist qət etməli idi ki, bu adamla danışmağın, söhbəti davam etdirməyin mənası yoxdur. Amma təəssüflər olsun ki, videodan görürük ki, bu hal davam edir, suallarını da təkrar-təkrar ünvanlayır. Təbii ki, belə olan halda istənilən insanın əsəbləri dözməyə bilər. O da əsəblərini cilovlaya bilməyərək, jurnalistə reaksiya verə bilər. Burda da həmin hal baş verib. Bu hal da qınanılası, pislənəsi haldır. Qeyd etdiyim kimi, jurnalist etikasının da göz ardı edilməməsi lazım idi.

Məmurun dözümsüzlüyü də məqbul deyil, qınanılmalıdır. Burda daha dəhşətli bir şey də baş verə bilərdi. Bu indi mülki bir məmur, dövlət vəzifəsində çalışan bir icra başçısıdır. Amma ola bilərdi ki, eyni davranışı jurnalist başqa kateqoriydan olan insana qarşı nümayiş etdirərdi. Həmin adam da əsəblərini cilovlaya bilməyərək, daha dəhşətli bir reaksiya verə bilərdi. Məsələn, ola bilərdi ki, bu idmançı olsun, yaxud da ki, hansısa bir psixoloji problemi olan bir başqa şəxs olsun. Həmin şəxs jurnalistə daha kəskin reaksiya verə bilərdi və bu da faciəylə nəticələnə bilərdi.

Qarşınızda elə bir adam ola bilər ki, çox mülayim, yumşaq adam olsun. Ona bir dəfə sual verib, cavab ala bilərsən, yaxud da elə bir aqressiv adam ola bilər ki, ona sualı bir dəfə verməyin özü belə təhlükəli ola bilər. Ona görə də həmin situatsiyalarda jurnalist təhlükəsizliyi məsələsini önə çəkmək daha vacidir.

İstərdim ki, bizim həmkarlarımız belə situatsiyalarda öz təhlükəsizliklərini hər şeydən öncə düşünsünlər. Təbii ki, jurnalistin işi informasiya toplamaq, onu cəmiyyətə çatdırmaqdır. Amma jurnalist həm də özünün təhlükəsizliyinin qayğısına qalmalıdır. Qayğısına qalmadığı şəraitdə özünə zərər edərək də ictimaiyyəti məlumatlandırmaq hər dəfə vacib deyil.

Biz jurnalist olaraq, həm də psixoloquq. İnsanların psixlogiyalarını oxumağı bilirik. Kiməsə müraciət edəndə adamın qrimindən anlayırıq ki, necə söhbət etmək olar. Yaxud da bununla söhbət etməyə dəyərmi? Orda konkret olaraq, sual verilib, adam kobud cavab verib, rədd  edir. Çünki orda anlaşılır ki, bu adamdan suallara cavab almaq mümkün deyil. Jurnalist həmkarımızın o cür aqressiyanın qarşısında adamı özündən çıxaracaq qədər irəli getməsi doğru addım deyil. Artıq həmin yerdə jurnalist dayanmalı, adamın aqressiyasını artırmağa lüzum yox idi.

Mən o məmura da heç bir formada və  heç bir vəchlə haqq qazandırmıram. Düşünürəm ki, başqa məmurlar da bu cür davranışları götür-qoy edib, öz davranışlarına çəki-düzən verməlidirlər.

İlahə