Milli Məclisdə Azərbaycanda dövlət idarəetmə sistemində məmurların sayının 30 faiz azaldılması təklif olunub.
Milli Məclisdə Azərbaycanda dövlət idarəetmə sistemində məmurların sayının 30 faiz azaldılması təklif olunub.
TİA.AZ azvision.az-a istinadən xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin komitələrinin 2017-ci ilin büdcə zərfi ilə bağlı birgə iclasında təklif edib.
Deputat bildirib ki, Azərbaycanda istər Nazirlər Kabinetində, istərsə də yerli icra orqanlarında məmurların sayı həddindən artıq çoxdur: “İnkişaf etmiş ölkələrdə, hətta inkişaf etməkdə olan ölkələrdə məmurların orta sayı bizdəkindən iki dəfə azdır. Heç olmasa, gəlin inzibati idarəetmədə, Nazirlər kabinetində 30 faiz ixtisar aparaq ki, buradan əldə olunacaq vəsaiti daha səmərəli proqramlara, işlərə sərf edə bilək. Onsuz da, əksər məmurların maaşı o qədər çox deyil. Amma biz bu ixtisarlarla həm büdcəyə qənaət etmiş olarıq, həm də digər məmurların – həqiqi işləyəsi məmurların normal maaş almasına şərait yaradarıq”.