MƏMURLARIN “MƏNZİL SATIRAM Kİ, MƏNZİL ALIM” HOQQASI…backend

MƏMURLARIN “MƏNZİL SATIRAM Kİ, MƏNZİL ALIM” HOQQASI…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarındakı məcburi köçkünlər üçün yeni yaşayış binalarında olan mənzilləri satışa çıxarıb. Dünən saat 10:00-da onlayn satışına başlanan 1662 mənzildən artıq 1106-sı bron edilib. Yəni, ilkin “behləşmə” olub, 10 günə ödəniş edib mənzili rəsmiləşdirmək ola.

Tribunainfo.az xəbər verir ki, bu barədə danışan iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, satışdan əldə olunan vəsaitə Şəhid və Qazi ailələri mənzillə təmin ediləcəklər:

“Mən, azı 20-25 ildir ki, bu hökumətdə məntiq axtırıram, amma getdikcə daha çox əmin oluram ki, olmayan bir şeyi tapmaq mümkün deyil. “Mənzil satıram ki, mənzil alım”, yanaşması ancaq bizim hökumətdə ola bilər.
Şəhid və Qazi ailələri mütləq mənzillə təmin edilməlidir – 1662 yeni tikilmiş və təmir edilmiş mənzil var, Nazirlik bu mənzilləri həmin ailələrə niyə təklif etmir ki?! Axı bu daha yaxşı çıxış yoludur! Amma yox, məmurlar məcburi köçkünlərə mənzil tikəndə qazandıqları kimi, indi camaata satanda da qazanmaq istəyirlər, sonra Şəhid və Qazi ailələri üçün tikinti şirkətlərindən mənzil alanda da qazanacaqlar (şirkətlərdən “şapka-kepka” kimi).
Mən məntiq, səmərəlilik, büdcə vəsaitinə qənaət və ədalət axtarıram, məmurlar isə ancaq pul – ona görə də illərdir ki, bir-birimizi anlamırıq”.