Universitetlərdəki mövcud problemlər ali təhsildə əsaslı islahatların aparılmaması, maliyyələşmənin azlığı, dünya təcrübəsindən az istifadə ilə əlaqəlidir. Universitetlərin ən əsas problemi ölkədə ali təhsilə dair strategiyanın olmamasıdır.
Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə dosent İlham Əhmədov çıxış edib. O bildirib ki, dünya təcrübəsində universitetlər fasiləsiz olaraq inkişaf yönlü layihələr həyata keçirirlər:
“Bu layihələr təhsilin məzmunu, yeni təlim texnologiyaları, onların tətbiqi, idarə olunması, startapların yaradılması, təhsil innovasiyalarının tətbiqi, elmi işlərin inkişafı kimi istiqamətləri əhatə edir. Lakin bu işlər üçün konkret fəaliyyət mexanizmləri və normal maliyyələşmə tələb olunur. Hansı ki, son 30 ildə bizim universitetlərdə olmayıb.
Ümumiyyətlə, son 30 il ərzində bizim universitetlərdə belə layihələr həyata keçirilməyib. Müəyyən təşəbbüslər olsa da, məmurlar buna pul ayırmayıblar, nəticədə maliyyələ olmadığından real nəticə əldə olunmayıb. Halbuki dünya universitetləri bu layihələrə milyonlarla dollar sərf edirlər”.
Gülşən Rəsul