Məcburi köçkünlərin yaşadıqları binalarda fərdi sayğacların quraşdırılması bəzi məmurlara enerji oğurlamağa imkan verməyəcək.
Məcburi köçkünlərin yaşadıqları binalarda fərdi sayğacların quraşdırılması bəzi məmurlara enerji oğurlamağa imkan verməyəcək.
Bu barədə TİA.AZ –a açıqlama verən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu sayğacların qoyulmasının hər kəs üçün sərfəli olacağını bidirib: “Dövlət o pulu özü ödəyəcək. Əslində bunun xeyiri o olacaq ki, məmurlar bundan sui-istifadə edib yararlana bilməyəcəklər. Azərbaycanda köçkünlər iki qrupa bölünür. Birinci qrupa hökumət tərəfindən qəsəbə salınıb, iş yerləri təşkil olunub, adaptasiya olunub, digər vətəndaşlar kimi eynihüquqa malik olmalıdırlar. İkinci qrupa isə evi, işi olmayan köçkünlər daxildir ki, bunlar dövlət himayəsində yaşamalıdır. Onların kommunal xidmətləri hökumət tərəfindən ödənilməlidir. Bildiyimiz kimi indiyə qədər hər bir köçkün kommunal xidmətlərdən azad idi və onlara çörək pulu verilirdi. Dövlət tərəfindən bu çörək pulunun üzərinə 16 manat da əlavə edilib. İndi isə, Azərbaycan Prezidentinin fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətləri və kommunal xidmətlər üzrə güzəştlərin vahid aylıq müavinətlərlə əvəz edildiyini nəzərə alaraq, habelə köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasının qısa müddətdə təmin olunmasına dair verilmiş göstərişlə bağlı qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yerlərdə elektrik enerjisi ilə bağlı sayğacların quraşdırılmasına qarşı etirazlar var. Əslində sayğacın qoyulması elektrik enerjisində yaranan itkinin qarşısını alacaq. Bəzi məmurlar hansı ki köçkünlərin adlarından istifadə edərək enerjini oğurlayırdılar onlar daha bundan yararlana bilməyəcəklər”.
NİLUFƏR