Məmurlar arxayınlaşmasınlar, həbslər davam edəcək – Açıqlama

Məmurlar arxayınlaşmasınlar, həbslər davam edəcək – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Siyavuş Novruzov icra başçılarının işlərinin araşdırıldığını bildirib.

TİA.AZ  xəbər verir ki, unikal.org-a açıqlama verən S.Novruzov digər başçıların da arxayınlaşmamalı olduğunu diqqətə çatdırıb:

“Təbii ki, araşdırma gedir. Harada ki, dəqiq məlumatlar var onlarla bağlı ölçü götürüləcək. Heç kəs arxayınlaşmasın. Bu uzun proses olacaq. Məmurlar rüşvətə, korrupsiyaya yuvarlanmamalı, xalqa ləyaqətlə xidmət etməlidirlər”