backend

Məmmədyarov Türkiyəyə getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov 22 fevral 2017-ci il tarixində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) və Ahmet Yasevi Universitetinin təşkilatçılığı ilə Ankara şəhərində keçiriləcək “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Türkiyəyə işgüzar səfərə yola düşüb. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən TİA.AZ-a verilən məlumata görə, konfransın açılış panelində Türk Şurasının Baş katibi Ramil Həsənov, Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu, eləcə də Türkiyə Baş nazirinin köməkçisi Toğrul Türkeşin çıxışı nəzərdə tutulub. Səfər əsnasında nazir Elmar Məmmədyarovun həmçinin ikitərəfli görüşləri də planlaşdırılıb.