Məmmədyarov Perunun müvəqqəti işlər vəkilini qəbul etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Peru Respublikasının ölkəmizə yeni təyin edilmiş müvəqqəti işlər vəkili Luis Çanq Boldrinini qəbul edib. 

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Peru Respublikasının ölkəmizə yeni təyin edilmiş müvəqqəti işlər vəkili Luis Çanq Boldrinini qəbul edib.

XİN-in mətbuat xidmətindən TİA.AZ-a verilən məlumata görə, E. Məmmədyarov Luis Çanq Boldrinini müvəqqəti işlər vəkili qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib, Perunun Azərbaycanda səfirliyinin açılması və Azərbaycanın Peruda diplomatik nümayəndəliyinin fəaliyyət göstərməsinin ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verdiyini diqqətə çatdırıb.

Luis Çanq Boldrini fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə qarşılıqlı səfərlərin təşkili, XİN-lər səviyyəsində siyasi məsləhətləşmələrin aparılması və əməkdaşlığın müxtəlif sahələri üzrə müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyi vurğulandı. İki ölkə arasında kənd təsərrüfatı, enerji, qarşılıqlı sərmayələrin qoyulması, turizm və mədəniyyət və təhsil sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd olunub.