Məmmədyarov macarıstanlı həmkarı ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO və Qətiyyətli Dəstək Missiyası üzrə əməliyyat tərəfdaşlarının xarici işlər nazirləri iclasında iştirak etmək məqsədilə NATO-nun mənzil-qərargahına səfər edib. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən TİA.AZ-a verilən məlumata görə, səfər zamanı E.Məmmədyarov Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə görüşüb.

Görüşdə Azərbaycan və Macarıstan arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Nazirlər iki ölkə arasında əlaqələrin perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və Macarıstanın Bakıdakı səfirliyinin gələn ildən etibarən NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliyi kimi fəaliyyətinə dair fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Macarıstanın Bakıdakı səfirliyi 2017-ci ilin yanvar ayından etibarən Rumıniyanın səfirliyini əvəzləyərək NATO-nun Azərbaycan Respublikasında əlaqələndirici səfiriyi kimi fəaliyyət göstərəcək.