Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir.
Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir.
TİA.AZ xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşü zamanı söyləyib.
“Biz sizi Moskvada ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illik münasibəti ilə təşkil edilmiş səfərinizdə salamlayırıq. Az öncə iki ölkənin 25 ildə keçdiyi yolu göstərən sərgini açdıq. Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlığın inkişafında həlledici rolu iki ölkə liderlərinin mütəmadi görüşləri oynayır. Keçən il ərzində belə görüşlər az olmayıb. Əminəm ki, bu il də prezidentlər, hökumət başçıları, müxtəlif nazirliklər, iki ölkənin regionları arasında görüşlər planlaşdırılacaq”, – deyə o bildirib.
Lavrov Məmmədyarovla görüşündə həmçinin ikitərəfli əlaqələri, regional və beynəlxalq problemləri müzakirə edəcəyini bildirib.
Rusiya-Azərbaycan münasibətlərinə toxunan Məmmədyarov da Lavrovun iki ölkə arasındakı münasibətlərə verdiyi dəyərlərlə razılaşdığını deyib. O, həmçinin iki ölkə arasında ticarət dövriyyəsinin artırılmalı olduğunu söyləyib:
“Bakı ilə Moskvanın münasibətləri 25 il ərzində ciddi çətinliklərə məruz qalmayıb. Azərbaycanda rus dilini sevir və bu dildə oxuyurlar. Rusiya universitetləri öz filiallarını Bakıda açırlar. Bu bizim doğru istiqamətdə irəlilədiyimizi göstərən işarədir”.