backend

Məmmədyarov GUAM ölkələri ilə bağlı təklif verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov GUAM ölkələrinin idman yarışlarının keçirilməsini təklif edib. 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov GUAM ölkələrinin idman yarışlarının keçirilməsini təklif edib.

TİA.AZ-ın məlumatına görə, bu barədə Məmmədyarov GUAM Parlament Assambleyasının Bakıda keçirilən 9-cu sessiyasında çıxışı zamanı bildirib.

Nazir deyib ki, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova (GUAM) ölkələrinin idman yarışları keçirilə bilər.

Xİn rəhbəri, həmçinin qeyd edib ki, idman sahəsini əməkdaşlıq etdiyimiz sahələr sırasına daxil edə bilərik və bu istiqamətdə əməkdaşlıq intensivləşdirilməlidir: “GUAM ölkələri təhsil, səhiyyə, turizm və digər sahələr üzrə əməkdaşlıq edir”.