Tanınmış şair Məmməd İsmayılla doğulduğu Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində vida mərasimi keçirilib.
Tribunainfo.az xəbər verir ki, dəfn mərasimində mərhumun yaxınları, ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə mırhumun qızı çıxış edib, saz havaları ifa olunub, şairin şeirləri səsləndirilib.
Mərhumun vəsiyyətinə əsasən, o, doğma kəndində – anasının məzarı yanında torpağa tapşırılıb.