Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir

Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şair Məmməd İsmayıl xəstəxanaya yerləşdirilib.

Tribunainfo.az xəbər verir ki, bu barədə onun qızı İntizar İsmayıl məlumat verib.

O bildirib ki, atası artıq 4 gündür xəstəxanadadır:

“Keçən ayın 30-da xəstəxanaya gətirdik. Bədənində infeksiya var. Neçə gündür yemək yemir.

Həkimlərin sözlərinə görə, o, bundan sonra ən azı 10 gün də həkim nəzarətində qalmalıdır”