Şair Məmməd İsmayıl vəfat edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə şair Ehtiram İlham sosial şəbəkədə məlumat verib.
O bildirib ki, şair vəsiyyətinə uyğun olaraq sabah Tovuz rayonunun Əsrik kəndində dəfn ediləcək.
Qeyd edək ki, Məmməd İsmayıl bir neçə ildir müxtəlif xəstəliklərdən əziyyət çəkirdi.
Şair “Ana əlləri”, “Dünyaya baxıram”, “Söz vaxtına çəkər” kimi şeirləri, “Xalq nəğmələri”, “Sazın söz karvanı”, “Yoxun Varlığı” kimi kitabları ilə tanınıb.
Allah rəhmət eləsin!