Memardan türkcə reklam lövhələrinə etiraz – Foto

Memardan türkcə reklam lövhələrinə etiraz – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Memar Elçin Əliyev Bakıda özəl liseylırdən birinin qarşısında türkcə reklam lövhəsinin yerləşdirilməsinə etiraz edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında foto paylaşan memar bildirib ki, rus dilində reklam lövhələrinə etiraz edənlərin indi niyə səsi çıxmır?:

“Maraqlıdır ki, yaxınlarda bir təşkilatın lövhəsinin endirilməsi məsələsində bütün dövlət qurumları bir ağızdan Azərbaycan dilinə hörmətsizlikdən yazırdılar: guya onu ikinci yazmaq olmaz, bu – hörmətsizlikdir.

Tamamilə razıyam! Bəs niyə həmin qurumlar türk məktəbləri və liseylərinin yanında kor olurlar? Sadəcə yanından keçin: şükür ki, heç olmasa azərbaycanca da yazıblar, təəccüblüdür.

Qanun bəyəm vahid deyil, yoxsa o da küləyin əsdiyi tərəfə yönələn yelçəkər kimidir?) Bəs bayraq?”.

Gülşən Rəsul