İki nəfərin ölümünə səbəb olan tunelin tikinti işlərini 2001-ci ildə təsis olunmuş “Körpü.Bina.Tikinti” özəl şirkəti həyata keçirib. Onun rəhbəri Xəlil Göyüşovdur. Sifarişçisi də “Azərbaycan Dəmir Yolları”. İndi yüksək hökumət rəsmilərindən kim bu keyfiyyətsiz və yarımçıq işi qəbul etmək üçün məsuliyyət daşıyacaq və cəzalandırılacaq?
Tribunainfo.az xəbər verir ki, bu sözləri memar Elçin Əliyev bildirib. O qeyd edib ki, bugünkü vəziyyətdə dövlət orqanlarının sükutu artıq izah edilə bilməz və mümkün deyil:
“Mənə elə gəlir ki, hüquq-mühafizə orqanları dərhal bu işlərlə bağlı araşdırmalara başlamalı və cinayət işi açmalıdırlar, xüsusən də lazımınca yerinə yetirilməmiş iş ucbatından iki nəfər həlak olub”.
Gülşən