Melkonyan: “İran Bakı ilə üz-üzə gəlməyəcəkbackend

Melkonyan: “İran Bakı ilə üz-üzə gəlməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra bir çoxları İranın Azərbaycanı da hədəfə gətirəcəyini düşünür. Çünki zaman içində ən kiçik məsələlərdə belə Tehran Bakını İsraillə əməkdaşlıqda ittiham edib.
Tribunainfo.az xəbər verir ki, erməni politoloqlar da mümkün qədər məsələni Azərbaycanın üzərinə gətirməyə çalışırlar. Onların bir çoxu hətta belə bir sərsəm iddia ilə çıxış edirlər ki, guya, İsrailin PUA-ları Azərbaycandakı “gizli baza”lardan qalxaraq, Haniyənin ölümündə iştirak ediblər.
Bəzi erməni siyasətçilər isə Haniyənin öldürülməsi məsələsinin Azərbaycanla İran arasında münasibətlərə pis təsir etməyəcəyini düşünür.

Tribunainfo.az xəbər verir ki, erməni analitik Sergey Melkonyan onlardan biridir.
O iddia edir ki, İran Azərbaycan ərazisində İsrailin mövqelərinə hücum edə bilər. Söhbət hansı “mövqelər”dən gedir, bəlli deyil. “Lakin İran sərhədləri yaxınlığında yeni cəbhə açmaq marağında deyil. Əksinə, İran təhlükəni öz sərhədindən Qəzzaya və Livana daşımağa çalışır. Əsas qorxu ondan ibarətdir ki, İran müharibəyə cəlb olunarsa, Cənubi Qafqazda əməliyyat imkanları azalacaq. Çoxları başa düşür ki, Azərbaycan və Türkiyəyə qarşı əsas çəkindirici qüvvə, Zəngəzur dəhlizini açmaq istəyənlərə qarşı olan İrandır”.