“Biz regionda nələrin dəyişdiyini deyəsən tam dərk etmirik və həyata keçirmək istəmirik”. Tribunainfo.az bildirir ki, bu sözlərin müəllifi türkoloq Ruben Melkonyandır.
O deyir ki, Türkiyə və Azərbaycan artıq regionda vahiddirlər. “Biz bütün addımlarımızı və hərəkətlərimizi bu reallıq əsasında qurmalıyıq. Əks təqdirdə hər şey dedi-qodudan o yana keçməyəcək”.
Onun sözlərinə görə, əgər 1990-cı illərdə Türkiyə nəzəri cəhətdən Azərbaycanı dəstəkləyirdisə, indi əməli addımlar atıb. “İndi Türkiyənin gündəmində artım var və Ermənistanın buna qarşı şansları sıfırdır. Bizim özümüzün onları cilovlamaq üçün mexanizmlərimiz yoxdur. Lakin regional proseslər kontekstində bunlar bəzən özünü büruzə verir və onlardan biri də İranın mövqeyidir”.