“Hamı başa düşür ki, Cənubi Qafqazda üç əsas güc mərkəzi var: İran, Rusiya və Türkiyə”.
Tribunainfo.az xəbər verir ki, bu fikirlərin müəllifi erməni analitik Sergey Melkonyandır.
O qeyd edib ki, Rusiya və İranın son zamanlar bölgədə təsir imkanları azalıb. “12 günlük müharibə İranı xeyli zəiflədib. Rusiya isə Ukraynada çıxılmaz vəziyyətdədir. Yeganı Türkiyədir ki, onun Qafqazda imkanları xeyli artıb”.
Melkonyanın sözlərinə görə, Azərbaycan Zəngəzur dəhlizi ətrafında beynəlxalq konsensus yarada bilib. “Konsensus belədir: bu yol açılmalıdır. İndi də bu böyük proqramın bir hissəsi olacaq maraqlı tərəfləri tapmağa çalışırlar. Dəhlizin açılmasına heç kim etiraz etməyəcək. Çünki hamı razıdır”.
Fərda Uğur