Yasamal rayonundada yerləşən “ASP” Mənzil Tikinti Kooperativi (ticarət nişanı “Melissa Group”) ilə bağlı növbəti dəfə məhkəməyə müraciət olunub.
Tribunainfo.az xəbər verir ki, sakinlərlə tez-tez problem yaşayan və şikayət olunan MTK ilə bağlı iddianı bu dəfə sakin Orucov Əfqan Paşa oğlu qaldırıb. İşin mahiyyəti mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisədir. İddiaçı MTK-nın ona vurduğu maddi ziyanın ödənilməsini tələb edir.
İş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 15 oktyabr tarixində hakim İkram Şirinovun sədrliyi ilə işə baxılacaq.
Nigar