“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində əmək haqqı ilə bağlı qalmaqalı yaşanır.
Qaynarinfo xəbər verir ki, ASC-nin bir qrup işçisi əmək haqqı tələbi ilə qurumu məhkəməyə verib.
İş hazırda apellyasiya mərhələsindədir. Apellyasiya şikayətini işçilər verib.
İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Bəzi iddialara görə, ASC-ni məhkəməyə verənlər işdən çıxarılıb.