Ermənistanda bir çoxları iddia edir ki, baş nazir Nikol Paşinyan Türkiyə və Azərbaycanın birgə “layihə”sidir. Tribunainfo.az xəbər verir ki, bu fikirdə olanlar heç də sıravi adamlar deyillər.
Əsasən siyasət adamları belə sərsəm iddialarla çıxış edirlər. Onlardan biri də hüquq müdafiəçisi Ruben Melikyandır.
O deyir ki, Paşinyan “Ermənisiz Ermənistan” adlı layihəni həyata keçirməklə məşğöuldur. “Bu proqramını həyata keçirməklə o, ardıcıl olaraq erməniliyin əsaslarını məhv edir”.
Lakin Melikyan bununla da kiafyətlənməyir və xəyal dünyasını daha da uzaqlara aparıb çıxarır. O deyir: “Ermənistanda Türkiyə Cumhuriyyəti qurulur”.