“Məlhəm” Hospitalda yoxlama: Qanunsuz mayalanma aparılıb, direktor cəzalandırıldı

“Məlhəm” Hospitalda yoxlama: Qanunsuz mayalanma aparılıb, direktor cəzalandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi “Məlhəm Beynəlxalq Hospital”da plandankənar (növbədənkənar) yoxlama aparıb.
Qaynarinfo-nun məlumatına görə, yoxlama zamanı xəstəxanada lisenziyada nəzərdə tutulmayan ginekoloji xidmət – ekstrakorporal mayalanma (IVF) üzrə fəaliyyət göstərilməsi faktı aşkar olunub.
Aparılan yoxlamanın nəticəsinə əsasən, “Məlhəm Beynəlxalq Hospital” MMC-nin direktoru və qanuni təmsilçisi Əlizadə Fuad Qədim oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə F. Əlizadə qeyd olunan maddə üzrə təqsirli bilinib və 6 000 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, lisenziyada göstərilməyən tibbi xidmətlərin həyata keçirilməsinə görə fiziki şəxslər 300–500 manat, vəzifəli şəxslər 800–1 000 manat, hüquqi şəxslər isə 6 000–8 000 manat məbləğində cərimə edilir.