“Məlhəm Beynəlxalq Hospital” barəsində cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, hospital İnzibati Xətalar Məcəlləsinin sağlamlıq qaydaları əleyhinə olan 215.4-cü maddəsini pozub.
Tələbi pozulan maddəyə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Hospitalın işinə 18 mart tarixində Nizami rayon Məhkəməsində hakim Mətanət hacıyevanın sədrliyi ilə baxılacaq.
Hospitalın mövqeyini işıqlandırmağa hazırıq.
Nigar