“Məlhəm Beynəlxalq Hospital” barəsində inzibati qaydada icraat başladılıb.
Tribunainfo.az yazır ki, hospital İnzibati Xətalar Məcəlləsinin sağlamlıq qaydaları əleyhinə olan 215.4-cü maddəsinin tələbini pozub. Araşdırma zamanı məlum olub ki, hospital sertifikasiya imtahanından keçə bilməyən şəxsləri tibb işçisi kimi çalışdırıb.
Belə ki, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Hospitalın işinə 7 mart tarixində Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə baxılacaq.
Nigar