“Biz birinci dəfədir ki, bu şəraitdə imtahanları təşkil edirik. İmtahanları keçirmək üçün lazım olan məbləği dövlətdən gözləyirik.
“Biz birinci dəfədir ki, bu şəraitdə imtahanları təşkil edirik. İmtahanları keçirmək üçün lazım olan məbləği dövlətdən gözləyirik.
Məbləğlə əlaqədar o zaman müraciət edə bilərik ki, nə qədər insanın imtahanda iştirak etmək istəyi müəyyənləşsin və onların xərci dövlət tərəfindən qarşılansın”.
TİA.AZ xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, vəsaitin köçürülməsi üçün ərizələrin qəbulu müəyyənləşməlidir.
“9-cu siniflər üzrə orta ixtisas təhsili müəssisələrinə 519 nəfər sənəd verib. İmtahanda dövlət büdcəsi hesabına iştirak edəcəklərdən 113-ü bu ilin məzunları, 92 nəfəri isə əvvəlki illərin məzunlarıdır. Yalnız 18 nəfər öz hesabına imtahanda iştirak edir”.
İmtahanın keyfiyyəti ilə bağlı dəyişikliyin olmayacağını vurğulayan M.Abbaszadə qeyd edib ki, növbəti illərdə keyfiyyətdə dəyişikliklərin edilməsi mümkündür.
“Lakin gələn ildən necə və nə qədər vəsaaitin daxil olacağını bildikdə biz imtahanın aparılma şəraitini və keyfiyyətini də yaxşılaşdıra biləcəyik. Keyfiyyət dedikdə hər bir stolun arxasında bir abituriyentin oturmasını nəzərdə tuturam. Lakin bu daha çox pul və auditoriya tələb edir. Bu istiqamətdə işlər aparacayıq. Amma müəyyən qədər qeyri müəyyənliklər var”.
M.Abbaszadə Tariff Şurası tərəfindən təsdiqlənmiş imtahan qiymtələri ilə bağlı fikir də söyləyib. “Biz Tarif Şurasına bir neçə layihə təqdim etmişdik. Təsdiqlənmiş qiymətlər də bizim verdiyimiz layihələr arasında var”.