backend

Məleykə Abbaszadə: “Məqsəd hər kəsə bu imkanı verməkdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət qulluğuna qəbul sahəsində edilən dəyişikliklərin məqsədi hər kəsə öz karyerasını dövlət qulluğunda qura bilmək imkanı verməkdir. 

Dövlət qulluğuna qəbul sahəsində edilən dəyişikliklərin məqsədi hər kəsə öz karyerasını dövlət qulluğunda qura bilmək imkanı verməkdir.

TİA.AZ-ın xəbərinə görə, bu sözləri Dövlət İmtahan Mərkəzi Direktorlar şurasının sədri Məleykə Abbaszadə Dövlət Qulluğuna dair qanunvericiliyinin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi mövzusunda konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dövlət qulluğunda ən mühüm qərar iki qurumun bir dövlət qurumu ilə əvəz edilməsi və dövlət qulluğuna qəbulda qanunvericilikdə dəyişiklikdir: “Dövlət qulluğuna qəbulda həm hüquqi, həm də texnoloji nöqteyi-nəzərdən baş verəcək dəyişikliklər müəyyən edilib. Bu proses çox çevik formada həyata keçirilməlidir. Hesab edirik ki, bu proses sosial liftdir. Hər bir insana öz karyerasını dövlət qulluğunda qura bilmək imkanı verir. Əvvəllər bizdə yalnız hüquqşunas ailəsində dünyaya gələnlərin hüquqşünas olması halları olub. Bu hallar yaxşıdır. Lakin hər bir gəncə bilik və bacarığına uyğun sosial lift yaratmaq bizim borcumuzdur. Bu proses artıq illərdir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında, Dövlət Qulluğuna qəbul Komissiyasında yaradılıb. Yeni yaradılan Dövlət İmtahan Mərkəzi bu işi birləşdirir. Bu gün keçirilən konfransın məqsədi yeni təklifləri dinləməkdir”.