Məleykə Abbaszadə abituriyentlərə ÇAĞIRIŞ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“9 və 11-ci siniflər üzrə buraxılış imtahanlarında nəticələrdə ciddi bir fərq müşahidə edilməyib”. 

“9 və 11-ci siniflər üzrə buraxılış imtahanlarında nəticələrdə ciddi bir fərq müşahidə edilməyib”.

TİA.AZ xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O, 11-ci sinifin buraxılış imtahanını ötən ilki imtahanlarla müqayisə etdiklərini deyib: “Nəticələr təxminən eyni səviyyədədir. Hər hansı dəyişikliklər statistik xətalar çərçivəsindədir. 9-cu sinfin buraxılış imtahanı isə həm məzmun, həm də formaca ötən ildən fərqlənir. Ona görə də bu imtahanları ötənilki nəticələrlə müqayisə etməməliyik. Yalnız imtahanın ikinci mərhələsilə bağlı müqayisə apara bilərik. Bu il 9-cu sinif imtahanın ikinci, yəni test imtahanlarında ciddi dəyişikliklər müşahidə etmədik. Biz birinci mərhələ imtahanının nəticələri gözlənilən idi. 2012-ci ildə bu uşaqlar üçün monitorinq imtahanı keçirirdik. Bu zaman xüsusilə riyaziyyat fənində yaddaş və təfəkkür mərhələsinə keçid tam şəkildə başa çatmayıb”.

İyulun 14-də keçiriləcək qəbul imtahanlarından danışan M.Abbaszadə bildirib ki, bu imtahanda iştirak edən şəxslərin 70 faizi birinci mərhələyə qatılıb: “Bu abituriyentlər qanun-qaydalardan xəbərdardırlar. Bir daha onları qanunları pozmamağa çağırıram”.