backend

MƏKTƏBLİNİN CİBİNƏ XƏRCLİK QOYMAYIN!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kompüter, internet və mobil telefon həyatımızın ayrılmaz hissəsinə çevrilib. Kimisi bu texnolgiyalardan istifadə edərək özünə lazım olan materiallar əldə edir, kimisi də onlardan yalnız vaxt keçirmək və əylənmək məqsədilə yararlanır.  

Kompüter, internet və mobil telefon həyatımızın ayrılmaz hissəsinə çevrilib. Kimisi bu texnolgiyalardan istifadə edərək özünə lazım olan materiallar əldə edir, kimisi də onlardan yalnız vaxt keçirmək və əylənmək məqsədilə yararlanır. 

Bu sırada gənclər və azyaşlılar daha çox üstünlük təşkil edirlər. Bir çox hallarda valideynlərinə “kompüterdən dərs öyrənirəm” deyən uşaqların böyük hissəsi bu bəhanə ilə monitor önündə saatlarla oturaraq gələcək həyatlarını müəyyən mənada riskə atmış olurlar. 

Psixoloqlar uşaqların belə oyunlara meyl göstərməsinin əsas baiskarının valideynlərin olduğu qənaətindədir. Onların övladlarına qarşı diqqətsiz və məsuliyyətsiz yanaşmalarının övladlarının bu cür oyunlara maraq göstərməsində böyük rolu var. Günlərinin bir neçə saatını övladları ilə birgə keçirsələr, onlarla birgə oynasalar, maraqlı oyunlar öyrətsələr, daha yaxşı nəticələr əldə etmək olar. Sözsüz, valideynlərin bu məsələyə belə laqeyd yanaşmasında maariflənmənin zəif olmasının da rolu var.

Elə 11 yaşlı Ağamir Nəcəfi gecə səhərə kimi dostu ilə birlikdə internet klublarından birində qalması hadisəsi də valideyn səhlənkarlığının bariz numunəsidir.    

Sosioloq-jurnalist Lalə Mehralı TİA.AZ-a məsələ ilə bağlı münasibətini bildirdi. Onun sözlərinə görə, 11 yaşlı uşağı gecə səhərədək klubda kompyüterlə oyun oynayan görən klub nəzarətçisi etinasız davranıb. Bunun üçün onlar uşağın ailəsinə xəbər verməli idilər, əgər ailəsinin kimliyini demirdisə, bu halda polisə zəng etmək vacib idi: “Bu yaşda uşaq evdən kənarda, özü də gecə vaxtı nə işlə məşğul ola bilər? Hansımızı valideyn danlamayıb, tənbeh etməyib ki? Tənbehə görə evdən getməzlər, ola bilsin başqa ailədaxili problem olub. Mən bildiyimə görə, ata həm də uşağı kompyuter oyunlarından asılı vəziyyətə düşdüyü üçün danlayıb, qadağan edib oyunu. Buna görə evdən gedib. Uşaq valideynindən qorxur, atasının sərt reaksiyasını bilir, amma bu onun evə gəlməməyinə mane ola bilmir. Mənim də eyni yaşlarda oğlum var, o da yaşıdları kimi oyun oynamağı sevir. Amma hər gün yox. Məktəbdəki qiymətləri bir həftə boyunca qənaətbəxş olursa, istirahət günü 30 dəqiqə oyun haqqı qazanır. O yaxşı bilir ki, bizdən izinsiz oyun klublarına getmək olmaz, icazəsiz kompyuteri açıb oyun oynamaq olmaz. Uşağa əvvəlcə bunu öyrətmək lazımdır. Hər istəyəndə cibinə pul qoyub internet kluba göndərmək doğru deyil. Ümumiyyətlə, məktəbli uşağın cibinə xərclik qoymağı da düzgün hesab etmirəm. Ola bilər məktəbdə çox qalır, acır, susayır, bunun üçün çantasına buterbrod, bulka, kiçik termosda çay qoymaq olar. Amma pul verib “acanda nə istəsən al” deməklə ona yaxşılıq əvəzinə pislik etmiş oluruq. Hamımız valideynik, amma çox az hissəmiz bu öhdəliyi yerinə yetirə bilirik. Uşaqları döyməklə, danlamaqla, tənbeh etməklə tərbiyələndirmək olmur daha, onlarla dost olmaq, yoldaşlıq etmək lazımdır”.

Jurnalist Ramilə Qardaşxanqızı bildirdi ki, bütün dünyada olduğu kimi, sürətli inkişafın mənfi tərəfləri Azərbaycanda da özünü göstərməkdədir: “Ancaq internet, texnologiya dövrü o demək deyil ki, insanlar virtual dünyanın qurbanına çevrilməli, elektronlaşaraq tamamən robot şəklini almalıdırlar. Bu gün valideynlərin çox hissəsi övladına praktiki örnək ola bilmir. Əgər uşağını “internet xəstəsi” adlandırırsa, demək öz həyatı artıq tamamən elektronlaşmış vəziyyətdədir. Dövrün verdiyi imkanlardan düzgün istifadə qaydalarını birinci valideynlərə öyrətmək lazımdır, sonra isə uşaqlara və gənclərə”.

 

İlahə