Respublikamızda ümumtəhsil məktəblərində müəllim və valideynlərin ciddi nəzarətinə baxmayaraq şagirdlər arasında siqaret və narkotik maddələrdən istifadə halları artıb.
Respublikamızda ümumtəhsil məktəblərində müəllim və valideynlərin ciddi nəzarətinə baxmayaraq şagirdlər arasında siqaret və narkotik maddələrdən istifadə halları artıb.
Bu səbəbdən məktəbdən və dərsdən yayınmalar da var. Bu məsələ ekspertləri əd narahat edir.
Təhsil üzrə ekspert Kamran Əsədov TİA.AZ-a bildirdi ki, şagirdlər unudurlar ki, təkcə tütün tüstüsündə 200-ə yaxın zəhərli maddə var və bir siqaret insan ömrünü 15 dəqiqə azaldır: “Rayon Polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin əməkdaşlarının, səhiyyə işçilərinin, müəllim və valideynlərin öyüd-nəsihətlərinə baxmayaraq şagirdlər arasında siqaret və narkotik maddələrdən istifadə hallarına qarşı nəzarət və mübarizə tam olaraq həyata keçirilmir. Yeniyetmələr bu ziyanlı vərdişləri evlərdə keçirilən şənliklərdə, eləcə də ictimai yerlərdə demək olar ki, 95 fazizini gizlincə həyata keçirdirlər. Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dəstək Şurasının maliyyə dəstəyi ilə “ARAN” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi tərəfindən 3 aylıq “Məktəblilər arasında siqaret çəkən və narkotik maddələrdən istifadə edən uşaqlara qarşı mübarizə” layihəsi həyata keçirilir. Artıq layihənin 1-ci mərhələsi başa catmışdır. Bu müddət ərzində layihənin rəhbəri tərəfindən tərtib olunmuş icra planına əsasən birliyin işçiləri və 10 nəfər könüllü rayonun bütün şəhər, eləcə də kənd orta məktəblərində müvafiq mövzuda görüşlər keçirib, şagirdlər arasında “Siqaretə və narkotikə YOX deyək” mövzusunda sərbəst inşa yazıları yazdırıb. Şagirdlərlə keçirilən görüşlər, rayonun səhiyyə, təhsil, mədəniyyət, polis və s. dövlət idarələrinin müvafiq sahəsinin mütəxəssislərindən ibarət yaradılmış komissiyanın bu sahədə verdikləri tövsiyyələr əsasında aparılıb. Görüşlərdə siqaret və narkomaniyanın insan orqaniziminə psixoloji, fiziki və digər fəsadlara yol açdığını bildirilib. Həmçinin belə tədbirlərin keçirilməsində məqsəd gələcəkdə ali məktəblərə qəbul olunacaq tələbələr arasında siqaret çəkənlərin və narkomaniyaya qurşananların sayının azaldılmasıdır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə məktəblərdə aparılan araşdırma nəticəsində məlum olub ki, Ölkəmizdə 13-14 yaşlı məktəblilər arasında siqaret çəkənlərin sayı ildən-ilə artır. Həmən araşdırmaların nəticələri vəziyyətin təhlükəli olduğunu göstərir. Belə ki, sorğu 2 minə yaxın 13-15 yaşlı məktəblini əhatə edib. Sorğunun ilkin nəticələri göstərib ki, 10 faiz məktəbli nə vaxtsa siqaretdən istifadə etməyə cəhd edib. Onlardan 1/3-i artıq 10 yaşınadək siqaret çəkməyə başlayıb. Təxminən 8 faizi məktəbli hazırda siqaret və ya digər tütün məmulatlarından istifadə edir. Sorğuda iştirak edən məktəblilərdən 29faizi evdə, 41 faizi isə qapalı ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qaldığını deyib. Mənim ayrıca olaraq məktəblilər arasında apardığım sorğuda bir sualla onlara müraciət etmişdim. “Siqaretlərin satıldığı vitrinlər sizi siqaret çəkməyə həvəsləndirir, ya yox?” sualına şagirdlərin 32,5 faizi müsbət cavab verdi. Bu da onu deməyə əsas verir ki, həmin vitrinlər cəlbedici xarakter daşıyır və gəncləri tütün çəkməyə sövq edir”.
Nilufər