Məktəbə gedən uşaqların tez-tez xəstələnməsi hər valideyni narahat edir. Ancaq həkimlərin məktəbli uşaqların az xəstələnməsi üçün müəyyən məsləhətləri olur.
Tribunainfo.az yazır ki, həkim-pediatr Nigar Süleymanova valideynlərə uşaqların az xəstələnməsi üçün diqqeət etməki olduqları nüansları açılayıb:
“Məktəbli uşaqların az xəstələnməsi üçün onları məktəbə ac göndərmiyin.
Məktəbdə paketli, şokoladlı qidalar yeməyinə icazə verməyin.
Məktəbə qidalanması üçün bol proteinli qida və ya meyvə göndərin (su mütləqdir).
Gecə yatmazdan ən az 2 saat əvvəl yeməyi kəsin. Gecə yuxusu saat 22:00-dan gec olmasın.
Bu deyilənlər həm uşağın immunitetini gücləndirir, həm də xəstəliklərə qarşı dözümlü edir”.